ორშაბათი, ნოემბერი 25, 2024
- Advertisement -spot_img
მთავარიბლოგიEkspert: “Koronavirusun növbəti dalğası iyun-iyul aylarında Azərbaycan və Gürcüstanı bürüyəcək”

Ekspert: “Koronavirusun növbəti dalğası iyun-iyul aylarında Azərbaycan və Gürcüstanı bürüyəcək”

11 May, 2022


Hazırda Parisdə olan ictimai səhiyyə eksperti, Vaksinlər və İmmunlaşdırma üzrə Qlobal Alyansın (GAVI) müşaviri və BMT baş katibinin keçmiş müşaviri, professor Georgi Pxakadze Oxu.Az-a müsahibəsində qeyd edib ki, hamı ümid edir ki, koronavirus “qəfil ölsün”:

“Amma təəssüf ki, bu baş vermədi. İndi fırtınadan əvvəlki sükut hökm sürür, mən indiki vəziyyəti belə adlandırardım. Bölgəmizdə – Gürcüstan və Azərbaycanda, qardaş dövlətlərdə koronavirusa yoluxma hallarının növbəti dalğası çox tezliklə, iyun-iyul aylarında gözlənilməlidir.


Biz pandemiya ilə mübarizə aparırıq və bu, qlobal məsələdir. Dünyada baş verən hadisələri, statistikanı izləmək lazımdır. Bu, hörümçək toruna bənzəyir – bir hissədə tərpəniş baş verirsə, sonra bütün şəbəkəyə yayılır.

Baxın, indi Asiyada nələr baş verir. Çində COVID-19-a yoluxma halları artıb, onlar artıq nə edəcəklərini bilmirlər. Şanxay və Quançjou kimi şəhərlər tamamilə bağlanıb, Pekin də lokdauna doğru gedir.

Cəmi bir ay əvvəl Honkonqda epidemiya fəlakət həddinə çatdı. Ölənlər o qədər çox idi ki, yerli morqlarda yer qalmamışdı. Ölənləri soyuducularda saxlayırdılar. Və bu, yenə də təkrar edirəm, bir ay əvvəl idi. Üstəlik, Honkonq Vyetnam və Laos deyil, bu, güclü infrastrukturu və səhiyyəsi olan inkişaf etmiş bir şəhərdir.

Gəlin görək Afrikada nələr baş verir. İki həftədən çoxdur ki, orada yoluxma sayında artım var və hələ üç həftə əvvəl vəziyyət sabit idi.

İndi keçək Avropaya, burada əhalinin 80%-i beş yaşından başlayaraq, xüsusilə qeyd edirəm, protokol üzrə, əsas da xroniki xəstəlikləri olanlar üç, dörd, bəziləri isə beş dəfə peyvənd olunurlar. Bəs bizdə vəziyyət necədir? İndi sizinlə danışdığımız gün Parisdə 150 ​​nəfər koronavirusdan öldü. Bu, koronavirus xəstələrinin xəstəxanaya yerləşdirilmə səviyyəsinin yenidən yüksəldiyini göstərir”.

Ekspert Cənubi Qafqaz regionunda yoluxmanın növbəti dalğasının yayda görünəcəyi barədə fikrini aşağıdakı formada əsaslandırıb:

“Baxın, hamı yorulub, hamı təmiz hava istəyir. İndi yazdır, tezliklə yay, tətil, çimərlik mövsümü başlayır. Ancaq koronavirus da pusqudadır. Gürcüstan və Azərbaycanda kifayət qədər peyvənd olunmamış insanlar var. Bundan əlavə, bir çoxları Çin peyvəndi ilə vaksinasiya olunub, hansı ki, xüsusilə də “Delta” və “Omikron” variantlarına qarşı çox təsirli olduğu sübut edilməyib. Bunu Sinqapur və Honkonq üzrə məlumatlar göstərib.

Eyni zamanda, Şərqi Avropada əhalinin əksəriyyəti koronavirusu asimptomatik formada keçirib. Əhalinin immun müdafiəsi var. Amma bizdə tam vaksinasiya olmadı və bu isə çox vacibdir.

Bu məsələdə mən həmişə Türkiyəni misal çəkirəm. Türkiyə Cümhuriyyəti hökuməti çox düzgün qərar verdi. Onların Çin peyvəndi var idi, lakin sonra “BioNTech”-“Pfizer”ə keçdilər. Türkiyə vətəndaşlarının təxminən 90%-i “Pfizer”lə peyvənd olunub. Çoxları beş doza vurdurub – iki Çin istehsalı, sonra üç “Pfizer”. Türkiyə çox düzgün addım atdı, ondan nümunə götürməliyik”.

Nair Əliyev

Professor Giorgi Pkhakadze, MD, MPH, PhD #drpkhakadze #accreditationge #გიორგიფხაკაძე

Профессор Гиорги Пхакадзе. #ПрофессорПхакадзе

Source: https://oxu.az/society/601631

მასალის გამოყენების პირობები
მსგავსი სიახლეები
16 საუკეთესო აქტივობა მალიორკაზე, ესპანეთში

16 საუკეთესო აქტივობა მალიორკაზე, ესპანეთში

23 November, 2024
ახალი კვლევა – 6 ფაქტორი, რომელიც ხელს უწყობს ახალგაზრდებში სიმსივნის განვითარებას

ახალი კვლევა – 6 ფაქტორი, რომელიც ხელს უწყობს ახალგაზრდებში სიმსივნის განვითარებას

ნოემბერი 25, 2024
დღეიდან 5 ზოდიაქოს ნიშნის ცხოვრება გაუმჯობესდება

დღეიდან 5 ზოდიაქოს ნიშნის ცხოვრება გაუმჯობესდება

22 ნოემბერი 2024
როგორ შევქმნათ საახალწლო გარემო ჩვენს ოჯახში

როგორ შევქმნათ საახალწლო გარემო ჩვენს ოჯახში

ნოემბერი 25, 2024
როცა ღორი უხალისოდ ჭამს – რას უნდა მიაქციოთ ყურადღება

როცა ღორი უხალისოდ ჭამს – რას უნდა მიაქციოთ ყურადღება

ნოემბერი 22, 2024
როგორ მუშაობს ტვინი, როდესაც წიგნს ვკითხულობთ

როგორ მუშაობს ტვინი, როდესაც წიგნს ვკითხულობთ

20 ნოემბერი 2024
მიცუ ციხე-სოფელი – ის ხევსურეთის საიმედო მცველი იყო

მიცუ ციხე-სოფელი – ის ხევსურეთის საიმედო მცველი იყო

ნოემბერი 22, 2024
21 მარტის ასტროლოგიური პროგნოზი

21 მარტის ასტროლოგიური პროგნოზი

მარტი 21, 2024
რა ჩავიცვათ ახალი წლის ყველაზე ჯადოსნურ ღამეს

რა ჩავიცვათ ახალი წლის ყველაზე ჯადოსნურ ღამეს

ნოემბერი 24, 2024
პიზის კოშკის საიდუმლო: როგორ ინარჩუნებს დახრილობას საუკუნეების განმავლობაში?

პიზის კოშკის საიდუმლო: როგორ ინარჩუნებს დახრილობას საუკუნეების განმავლობაში?

25 ნოემბერი 2024
ანრი ჯოხაძის კონცერტი 12 დეკემბერს ფილარმონიაში გაიმართება

ანრი ჯოხაძის კონცერტი 12 დეკემბერს ფილარმონიაში გაიმართება

ნოემბერი 25, 2024
რაჯდება ტექნოლოგიური გიგანტების CEO-ების დაცვა

რაჯდება ტექნოლოგიური გიგანტების CEO-ების დაცვა

ნოემბერი 25, 2024
პროდუქტები რომელიც პოზიტიურად განგაწყობთ და შემოდგომის მელანქოლიის დაძლევაში დაგეხმარებათ

პროდუქტები რომელიც პოზიტიურად განგაწყობთ და შემოდგომის მელანქოლიის დაძლევაში დაგეხმარებათ

ოქტომბერი 7, 2024
- Advertisment -spot_img

ბოლო სიახლეები